...

Bakıda növbəti çovğun gözlənilir

Cəmiyyət Materials 3 Fevral 2012 15:08 (UTC +04:00)
Bakıda şaxtalı hava şəraiti fevralın 5-dən sonra da davam edəcək. Bu barədə cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Bakıda növbəti çovğun gözlənilir

Azərbaycan, Bakı, 3 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakıda şaxtalı hava şəraiti fevralın 5-dən sonra da davam edəcək. Bu barədə cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, Bakıda fevralın 4, 5, 6-da gecə saatlarında havanın temperaturu 5-10 dərəcə şaxta olacaq.

Fevralın 4-5-də Bakıda gündüz saatlarında temperatur 0 dərəcədən mənfi 1 dərəcəyədək şaxta olacaq.

Məlumatda, həmçinin bildirilib ki, fevralın 6-da gündüz saatlarında temperatur müsbət 2 dərəcəyə qədər artsa da, fevralın 7-dən yenidən soyuq hava kütləsinin ölkə ərazisinə daxil olacağı və havanın kəskin pisləşəcəyi, çovğunla müşahidə olunacaq qarlı və şaxtalı hava şəraiti proqnozlaşdırılır.

Qeyd edək ki, Bakıda yanvarın sonu və fevralın ilk günlərində qarla müşahidə olunan çovğun qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti