...

Azərbaycanda dövlət turizm reyestri yaradılacaq

Cəmiyyət Materials 7 Fevral 2012 11:59 (UTC +04:00)
Azərbaycanda Dövlət Turizm Reyestri yaradılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Azərbaycanda dövlət turizm reyestri yaradılacaq

Azərbaycan, Bakı, 7 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda Dövlət Turizm Reyestri yaradılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Dövlət Turizm Reyestrinin yaradılması yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində nəzərdə tutulur.

Fevralın 6-dan ictimaiyyətin müzakirəsinə verilən layihəyə görə, Dövlət Turizm Reyestri ən azından turizm ehtiyatları, lisenziya almış şəxslər, ekskursiya, yerləşdirmə ve turizm marşrutları bölmələrindən ibarət olacaq. Dövlət Turizm Reyestrinin turizm ehtiyatları bölməsində turizm ehtiyatlarının statusu, turizm ehtiyatlarının coğrafi durumu və sərhədləri, rekreasiya əhəmiyyətli obyektlər, turizm ehtiyatlarının elmi, iqtisadi, ekoloji və mədəni dəyəri və insan sağlamlığına təsiri, turizm ehtiyatlarının mühafizə rejimi barədə məlumatlar yerləşdiriləcək.

Ehtiyatların turizmə aid edilməsi və onların Dövlət Turizm Reyestrinə daxil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək və həyata keçiriləcək.

Dövlət Turizm Reyestrinin lisenziya almış şəxslər bölməsində turizm fəaliyyəti üçün lisenziya almış şəxsin tam adı ve hüquqi statusu, turizm fəaliyyəti üçün lisenziyanın elektron (skan edilmiş) şəkli, turizm təşkilatçısına və müstəqil fəaliyyət göstərən bələdçi-tərcüməçiyə aid vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) yerləşdiriləcək.

Dövlət Turizm Reyestrinin ekskursiya bölməsində attestasiyadan keçmiş tur (ekskursiya) rəhbərinin və ya bələdçi-tərcüməçinin adı, onların ixtisaslarını təsdiq edən şəhadətnamənin elektron (skan edilmiş) şəkli, yerləşdirmə yerləri bölməsində lisenziya almış yerləşdirmə yerinin adı və hüquqi və s., turizm marşrutları bölməsində pasportlaşdırılmış turizm marşrutunun adı və s. barədə məlumat daxil ediləcək.

Dövlət Turizm Reyestri açıq olacaq ve müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında yerləşdiriləcək.

"Turizm haqqında" yeni qanun layihəsi fevralın 6-dan ictimaiyyətin müzakirəsinə təqdim olunub. Turizm fəaliyyəti ilə məşğul olanlar layihə barədə rəy və təkliflərini 20 gün müddətində bildirə bilərlər.

Xəbər lenti

Xəbər lenti