...

Azərbaycanda həbs yerlərində saxlanılanların hüquqlarının qorunması ilə bağlı qanun layihəsi müzakirə olunub

Cəmiyyət Materials 7 Fevral 2012 16:12 (UTC +04:00)
"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
Azərbaycanda həbs yerlərində saxlanılanların hüquqlarının qorunması ilə bağlı qanun layihəsi müzakirə olunub

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir K.Zərbalıyeva/

"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Trend-in məlumatına görə, qanun layihəsi ikinci oxunuşda baxılması üçün Milli Məclisin müzakirəsinə təqdim olunub.

Layihədə həbs yerlərində saxlanılan şəxslərin hüquqi vəziyyəti, həbs yerlərində rejim və onun təmin edilməsi əsasları müəyyən edilib.

Layihədə qeyd olunur ki, həbs yerləri silahlı birləşmələrin qarnizon hauptvaxtları, istintaq təcridxanaları hesab olunur.

Qanun layihəsində həbs yerlərində fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi şərtləri və hüdudları müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti