...

Azərbaycanda soyuq hava şəraiti ilə əlaqədar daimi yaşayış yeri olmayanlar üçün səyyar sığınacaqlar yaradılıb

Cəmiyyət Materials 10 Fevral 2012 11:48 (UTC +04:00)
Azərbaycanda soyuq hava şəraiti ilə əlaqədar olaraq, bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daimi yaşayış yeri olmayanlar üçün səyyar sığınacaqlar yaradılıb
Azərbaycanda soyuq hava şəraiti ilə əlaqədar daimi yaşayış yeri olmayanlar üçün səyyar sığınacaqlar yaradılıb

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda soyuq hava şəraiti ilə əlaqədar olaraq, bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daimi yaşayış yeri olmayanlar üçün səyyar sığınacaqlar yaradılıb.

Trend-in məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov cümə günü keçirilən kollegiya iclasında deyib.

Nazir deyib ki, şaxtalı günlərdə evsiz vətəndaşlardan hətta dünyasını dəyişənlər də olub.

Onun sözlərinə görə, bu halların qarşısının alınması üçün səyyar sığınacaqların yaradılması qərara alınıb.

"Nazirlik əməkdaşları belə insanları axtaracaq, onları müvəqqəti olaraq səyyar sığınacaqlara yerləşdirib, isti yemək, yataqla təmin edəcəklər" Ələkbərov deyib.

Onun sözlərinə görə, həmin sığınacaqlarda tibbi yardım da göstəriləcək.

Ələkbərov daimi yaşayış yeri olmayanların daha çox toplaşdıqları yerlərin bəlli olduğunu vurğulayaraq, belə insanları görən hər kəsdən nazirliyin "Etimad telefonu"na zəng edib, məlumat vermələrini xahiş edib.

Azərbaycanda son 10 gündür şaxtalı və qarlı hava şəraiti davam edir.

Xəbər lenti

Xəbər lenti