...

Azərbaycan Türkiyə ilə zəlzələlərə dair qarşılıqlı məlumat mübadiləsi aparacaq

Cəmiyyət Materials 10 Fevral 2012 13:21 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında zəlzələlərə dair qarşılıqlı məlumat mübadiləsinin aparılması ilə bağlı razılaşma əldə olunub.
Azərbaycan Türkiyə ilə zəlzələlərə dair qarşılıqlı məlumat mübadiləsi aparacaq

Azərbaycan, Bakı, 10 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan və Türkiyə arasında zəlzələlərə dair qarşılıqlı məlumat mübadiləsinin aparılması ilə bağlı razılaşma əldə olunub.

Trend-in cümə günü Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mərkəzin baş direktoru, geologiya-minerologiya elmləri doktoru Qurban Yetirmişli fevralın 6-8-də Türkiyədə NATO-nun "Cənubi Qafqazda seysmik təhlükəsizlik" layihəsi çərçivəsində keçirilən toplantıda iştirak edib.

Tədbirdə son illər Cənubi Qafqaz regionunda müşahidə olunan seysmik vəziyyət və risqlərə dair müzakirələr aparılıb.

NATO-nun "Cənubi Qafqazda seysmik təhlükəsizlik" layihəsində Azərbaycan, Gürcüstan, Türkiyə ilə yanaşı, ABŞ seysmoloqları da iştirak edirlər. Layihə çərçivəsində növbəti toplantının bu ilin ikinci yarısında Bakıda keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti