Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Daxili İşlər Nazirliyi bir qrup şəxslə polis əməkdaşları arasında insidentlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, fevralın 9-da saat 21:00 radələrində Yasamal rayonu ərazisində, "İnşaatçılar" metrostansiyasının girişində bir qrup şəxs xuliqanlıq hərəkətləri edərək həmin ərazidə xidmətdə olan Çevik Polis Alayının əməkdaşları ilə münaqişə yaradıblar.
Çevik Polis Alayının əməkdaşları vaxtında münaqişənin qarşısını alıb və xuliqanlıq edən şəxslərdən birini, Bakı şəhər sakini Əliağa Abbasovu saxlayıb.
Hadisədən bir neçə saat sonra isə xuliqanlıq edən iki nəfər, Bakı şəhər sakinləri İntiqam İsmayılov və Canəhməd Nəzərov saxlanılıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyi bir qrup şəxslə polis əməkdaşları arasında yaranan insidentə aydınlıq gətirib
Daxili İşlər Nazirliyi bir qrup şəxslə polis əməkdaşları arasında insidentlə bağlı məlumat yayıb.