...

"Eurovision 2012" ilə bağlı akkreditasiyanın vaxtı açıqlanıb

Cəmiyyət Materials 11 Fevral 2012 11:50 (UTC +04:00)
Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində nümayəndə heyətləri, KİV təmsilçiləri və fanlar üçün akkreditasiyanın başlanma tarixi açıqlanıb.
"Eurovision 2012" ilə bağlı akkreditasiyanın vaxtı açıqlanıb

Azərbaycan, Bakı, 11 fevral / Trend/

Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində nümayəndə heyətləri, KİV təmsilçiləri və fanlar üçün akkreditasiyanın başlanma tarixi açıqlanıb.

Trend-in şənbə günü müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, akkreditasiya prosesi fevralın 15-i Mərkəzi Avropa vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə saat 15:00) başlayacaq. Qeydiyyat aprelin 20-si Mərkəzi Avropa vaxtı ilə saat 23:59-a (Bakı vaxtı ilə saat 02:59) kimi davam edəcək.

Akkreditasiya prosesi "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytı olan eurovision.tv-də Eurovision Family Accreditation System (EFAS) vasitəsilə həyata keçiriləcək.

Aprelin 20-də proses bağlandıqdan sonra bu sistemə müraciət edən şəxsin akkreditasiyadan keçəcəyinə zəmanət verilmir.

May ayında keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi üçün biletlər və hotellər barədə ətraflı məlumat yaxın zamanlarda açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti