...

Sabah Bakıda havanın temperaturu 5 dərəcəyədək isinəcək

Cəmiyyət Materials 12 Fevral 2012 12:10 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində hava əsasən yağmursuz keçəcək, gecəyə doğru yarımadanın bəzi yerlərində az yağıntı olacağı ehtimalı var
Sabah Bakıda havanın temperaturu 5 dərəcəyədək isinəcək

Azərbaycan, Bakı, 12 fevral / Trend müxbir M.Əliyev/

Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində hava əsasən yağmursuz keçəcək, gecəyə doğru yarımadanın bəzi yerlərində az yağıntı olacağı ehtimalı var. Trend-in məlumatına görə, bu barədə bazar günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib.

Paytaxtda və yarımadada mülayim cənub-qərb küləyi əsəcək, havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarındada fevralın 13-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər Lənkəran-Astara bölgəsində az yağıntılı olacağı ehtimalı var.

Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 şaxta, gündüz 1-6° isti, dağlarda gecə 12-17 şaxta, gündüz 1-6° şaxta. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23° şaxta olacağı gözlənilir.

Yollar buz bağlayacaq.

Xəbər lenti

Xəbər lenti