...

Arif Rəhimzadə: Azərbaycanda bələdiyyələrin hüquqları pozulur

Cəmiyyət Materials 14 Fevral 2012 14:05 (UTC +04:00)
Azərbaycanda bələdiyyələrin hüquqları pozulur, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bu pozulan hüquqlarla bağlı heç bir iş görmür, əslində bu qurumun sözü də keçmir.
Arif Rəhimzadə: Azərbaycanda bələdiyyələrin hüquqları pozulur

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bələdiyyələrin hüquqları pozulur, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bu pozulan hüquqlarla bağlı heç bir iş görmür, əslində bu qurumun sözü də keçmir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı parlamentin iclasında Milli Məclisin Regional siyasət komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzənin müzakirəsi zamanı deyib.

Rəhimzadənin sözlərinə görə, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi yalnız bələdiyyələri yoxlamaqla, onları cəzalandırmaqla məşğuldur. Nazirlik Bələdiyyələrlə İş Mərkəzini yaratmaqla işini bitmiş sayıb.

Komitə sədri qeyd edib ki, Azərbaycanda bələdiyyələrin üçdə birinə, təxminən 600-nə torpaq üzərində mülkiyyət hüququ verilməyib.

Millət vəkili Elmira Axundova isə bələdiyyələrlə iş üzrə ayrıca, müstəqil mərkəzin yaradılmasını zəruri sayıb.

Qeyd edək ki, hazırda parlamentin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın - Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi dinlənilir. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

Xəbər lenti

Xəbər lenti