...

Azərbaycanda yenidən soyuq, küləkli hava gözlənilir

Cəmiyyət Materials 17 Fevral 2012 11:46 (UTC +04:00)
Fevralın 18-i axşamdan 21-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı olacağı, yağıntının sulu qara, qara keçəcəyi gözlənilir.
Azərbaycanda yenidən soyuq, küləkli hava gözlənilir

Azərbaycan, Bakı, 17 fevral / Trend müxbir İ.İsabalayeva/

Fevralın 18-i axşamdan 21-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı olacağı, yağıntının sulu qara, qara keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, fevralın 19-20-də şimal küləyi saniyədə 18-20 metr olacaq, küləyin sürəti arabir 23-28 metrədək güclənəcək. Temperaturun ötən günlərə nisbətən 3-5 dərəcə aşağı enəcək. fevralın 19-dan 20-nə keçən gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Fevralın 18-də Bakı və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Günün ikinci yarısından başlayaraq, hava şəraitinin yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-3 isti, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

Fevralın 18-də Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti