...

Martın sonundan Kürdə gur sululuq problemi yarana bilər

Cəmiyyət Materials 17 Fevral 2012 12:55 (UTC +04:00)
Ölkə ərazisində havaların temperaturu kəskin artsa, martın sonu-aprelin əvvəlində Kürdə gur sululuq problemi yarana bilər.
Martın sonundan Kürdə gur sululuq problemi yarana bilər

Azərbaycan, Bakı, 17 fevral / Trend müxbir İ.İsabalayeva/

Ölkə ərazisində havaların temperaturu kəskin artsa, martın sonu-aprelin əvvəlində Kürdə gur sululuq problemi yarana bilər. Bunu cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, həmin dövrdə havanın temperaturunun kəskin artacağı təqdirdə Kürə tökülən çaylarda gur sululuq kəskin artacaq. Bu da öz növbəsində Kürdə gur sululuqla bağlı müəyyən problemlər yarada bilər.

Çaylarda gur sululuq dövrünün martın sonlarından başlanıldığını deyən Verdiyev bildirib ki, düzən və alçaq dağlıq ərazilərdə qarın tədricən əriməsi ilə əlaqədar bu il fevralın 8-dən 13-dək Kür çayının suyunun səviyyəsində artım baş verib. Fevralın 14-dən başlayaraq isə artıq Kürün səviyyəsi enir. Son dörd gün ərzində Kürün Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsi 22, Şirvanda 11, Salyanda 15 sm aşağı düşüb.

Xəbər lenti

Xəbər lenti