...

Azərbaycanda məhkəmə proseslərini internet vasitəsilə izləmək mümkün olacaq

Cəmiyyət Materials 17 Fevral 2012 18:36 (UTC +04:00)
Azərbaycanda məhkəmə proseslərini internet vasitəsilə izləmək mümkün olacaq.
Azərbaycanda məhkəmə proseslərini internet vasitəsilə izləmək mümkün olacaq

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda məhkəmə proseslərini internet vasitəsilə izləmək mümkün olacaq.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Əli Hüseynli Trend-ə bildirib ki, hazırda məhkəmələrin fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı Dünya Bankı tərəfindən maliyyələşdirilən layihə həyata keçirilir.

Hüseynlinin sözlərinə görə, bir müddət əvvəl istifadəyə verilmiş Oğuz rayon məhkəməsində belə bir texnologiya quraşdırılıb. Bu texnologiyaların digər məhkəmə binalarında quraşdırılması da nəzərdə tutulub.

Bu prorses yekunlaşandan sonra hər bir vətəndaş internet vasitəsilə məhkəmə proseslərini izləyə biləcək.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyada məhkəmələrin fəaliyyətində obyektivliyi və şəffaflığı təmin etmək üçün məhkəmə proseslərinin internet vasitəsilə yayımlanması təklif olunub.

Xəbər lenti

Xəbər lenti