...

AMEA Rəyasət Heyətinə vakant akademik və müxbir üzvlərinin siyahısı açıqlanıb

Cəmiyyət Materials 20 Fevral 2012 11:29 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinə vakant həqiqi üzvlərin (akademiklərin) və müxbir üzvlərinin siyahısı açıqlanıb.
AMEA Rəyasət Heyətinə vakant akademik və müxbir üzvlərinin siyahısı açıqlanıb

Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinə vakant həqiqi üzvlərin (akademiklərin) və müxbir üzvlərinin siyahısı açıqlanıb.

AMEA-dan bazar ertəsi Trend-ə bildiriblər ki, vakant həqiqi üzvlüyə 10, müxbir üzvlüyə isə 30 elmi işçi seçiləcək.

Akademiklər Kimya (2 nəfər), Fizika, Mexanika, Geofizika, Biokimya, Torpaqşünaslıq, Sənətşünaslıq, Dilçilik və Botanika ixtisasları üzrə seçiləcəklər. Müxbir üzvlər isə Fizika, Riyaziyyat, Neft və qaz yataqlarının işlənilməsi və Aqrar elmləri üzrə 2 nəfər, İnformatika, Mexanika, Neft kimyası, Üzvi kimya, Radiasiya kimyası, Yüksəkmolekullu birləşmələr kimyası, Geologiya, Coğrafiya, Mikrobiologiya, Fiziologiya, Bioinformatika, Botanika, Molekulyar biologiya, Tibb, Torpaqşünaslıq, Fəlsəfə, Ədəbiyyat, Tarix ixtisasları üçün bir nəfər, həmçinin AMEA-nın Naxçıvan bölməsi üçün Tarix (2 üzv), Kimya və Folklor ixtisasları üzrə seçiləcəklər.

AMEA-nın müxbir üzvlüyünə elmin inkişafında görkəmli xidmətləri olan, onu tədqiqatları ilə zənginləşdirən və Azərbaycan vətəndaşları olan alimlər seçilirlər.

AMEA üzvünün başlıca vəzifəsi şəxsi tədqiqatları və elmi tədqiqatlara rəhbərlik yolu ilə elmi yeni nailiyyətlərlə zənginləşdirməkdir.

Həqiqi və müxbir üzvlüyə namizədlər haqqında AMEA Rəyasət Heyətinin təsdiq etdiyi qaydalara uyğun təqdimat bir ay müddətində AMEA-ya yazılı surətdə verilir.

Xəbər lenti

Xəbər lenti