...

Azərbaycanın Beynəlxalq İnformatika Olimpiadasında iştirak tarixi ilə bağlı yeni vəsait hazırlanıb

Cəmiyyət Materials 21 Fevral 2012 17:27 (UTC +04:00)
Azərbaycanın YUNESKO-nun dəstəyi ilə keçirilən məktəblilərin Beynəlxalq İnformatika Olimpiadasında iştirak tarixi ilə bağlı yeni vəsait hazırlanıb.
Azərbaycanın Beynəlxalq İnformatika Olimpiadasında iştirak tarixi ilə bağlı yeni vəsait hazırlanıb

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın YUNESKO-nun dəstəyi ilə keçirilən məktəblilərin Beynəlxalq İnformatika Olimpiadasında iştirak tarixi ilə bağlı yeni vəsait hazırlanıb.

Təhsil Nazirliyinin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov çərşənbə axşamı Trend-ə deyib ki, bu kitabda Azərbaycanın bu olimpiadada ilk iştirak tarixindən son iştirak tarixinədək olan müddət ərzində - 1989-2011-ci illər ərzində Azərbaycan məktəblərinin həmin tədbirlərdə təmsil olunması, olimpiadaların qaydaları, orada verilən məsələlər, olimpiadada iştirak edən məktəblilərin qısa bioqrafiyası və s. barədə məlumat verilib.

Bu vəsait Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə dəstəyi ilə hazırlanaraq çap edilib.

Bu olimpiadanın məsələlərinin olduqca çətin olduğunu deyən Sadıqov bildirib ki, indiyədək Azərbaycan məktəbliləri Beynəlxalq İnformatika Olimpiadasında 5 medal qazanıb. Onların 1-i gümüş, qalanları bürüncdür.

Xəbər lenti

Xəbər lenti