...

"Eurovision 2012"-nin keçiriləcəyi "Bakı Kristal Zalı"nda tikinti işləri son mərhələsinə çatıb (VİDEO)

Cəmiyyət Materials 23 Fevral 2012 17:02 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Bakı Kristal Zalı"nda tikinti işləri artıq son mərhələsinə çatıb.
"Eurovision 2012"-nin keçiriləcəyi "Bakı Kristal Zalı"nda tikinti işləri son mərhələsinə çatıb (VİDEO)

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İ.İsabalayeva/

"Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Bakı Kristal Zalı"nda tikinti işləri artıq son mərhələsinə çatıb. Trend cümə axşamı müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, hazırda zalın üzərindəki kristallar quraşdırılır.

Xatırladaq ki, Avropa Yayımları Birliyi yanvarın 25-də "Bakı Kristal Zalı"nı "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi məkan kimi təsdiqləyib. Yanvar ayında arenada olan Avropa Yayımları Birliyinin nümayəndələri aparılan tikinti işləri ilə tanış olub və bu zalın ən yüksək standartlara cavab verdiyini bildiriblər.

"Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Bakı Kristal Zalı"nın yaxınlığında müsabiqədə akkreditasiya olunmuş jurnalistlər üçün xüsusi Mətbuat Mərkəzi də inşa olunur. Jurnalistlərin rahat işləyə biləcəyi bu məkan 5000 kvadratmetr ərazini əhatə edəcək və "Eurovision" müsabiqəsi zamanı bu vaxtadək fəaliyyət göstərən yüksək şəraitli mətbuat mərkəzlərindən biri olacaq.

Hazırda mərkəzdə tikinti işləri sürətlə davam edir.

Video Player
Xəbər lenti

Xəbər lenti