...

V sinif müəllimləri üçün təlimlər keçiriləcək

Cəmiyyət Materials 27 Fevral 2012 17:16 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili barədə əmr verib.
V sinif müəllimləri üçün təlimlər keçiriləcək

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili barədə əmr verib.

Təhsil Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, əmrdə qeyd edilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələri 2012-2013-cü tədris ilində V siniflərdə dərs deyəcək fənn müəllimlərinin siyahısını dəqiqləşdirməli, həmin siniflərdə səriştəli və müasir tələblər baxımından yüksək peşəkarlıq səviyyəsinə malik müəllimlərin işləməsini təmin etməlidirlər.

Adıçəkilən idarə və məktəblər təlim kurslarını həyata keçirəcək təşkilatla birlikdə bu ilin iyun-avqust aylarında kursların səmərəli keçirilməsi üçün müvafiq təlim mərkəzlərində lazımi şəraitin yaradılması, hər bir təlim otağının zəruri texniki vasitələrlə təchizatı ilə bağlı müvafiq tədbirlər planı hazırlayıb həyata keçirilməlidirlər.

2012-2013-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərinin V siniflərində işləyəcək fənn müəllimləri üçün fənn kurikulumlarının tətbiqi üzrə 60 saatlıq (10 günlük) təlim kursları təşkil olunacaq.

Əmrə əsasən, təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlarının ayrı-ayrı kateqoriyaları üçün ixtisasartırma təhsilinin minimum həddini, ixtisasartırma modullarını və modullar üzrə təlim proqramlarının siyahısını əhatə edən Kurikulum Çərçivəsi hazırlanaraq təsdiqlənməlidir.

Xəbər lenti

Xəbər lenti