...

Nazirlər Kabineti: Azərbaycanda yay və qış vaxtlarına keçidin ləğvi müzakirə olunmur

Cəmiyyət Materials 29 Fevral 2012 16:45 (UTC +04:00)
Azərbaycan hökuməti yay və qış vaxtlarına keçidin ləğvi məsələsinə baxmır.
Nazirlər Kabineti: Azərbaycanda yay və qış vaxtlarına keçidin ləğvi müzakirə olunmur

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan hökuməti yay və qış vaxtlarına keçidin ləğvi məsələsinə baxmır. Bu barədə Trend-ə çərşənbə günü Nazirlər Kabinetindən məlumat verilib.

"Hazırda bu məsələ ilə bağlı konkret işlər görülmür, hansısa müzakirələr aparılmır", - hökumətdən bildirilib.

Azərbaycanda yay vaxtına keçid Nazirlər Kabinetinin qərarı əsasında 17 mart 1997-ci ildən həyata keçirilir. Nazirlər Kabinetinin qərarına əsasən, martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat qabağa çəkilir, oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçir və saatlar bir saat geri çəkilir. Bu qərarın həyata keçirilməsinə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir.

Xəbər lenti

Xəbər lenti