...

2012-2013-cü tədris ili üçün xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul elanları açıqlanıb

Cəmiyyət Materials 7 Mart 2012 11:34 (UTC +04:00)
2012-2013-cü tədris ili üçün xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul elanları açıqlanıb.
2012-2013-cü tədris ili üçün xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul elanları açıqlanıb

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İsabalayeva/

2012-2013-cü tədris ili üçün xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul elanları açıqlanıb.

Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, xüsusi təyinatlı təhsil müəsissələrinə - Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Müdafiə Nazirliyinin Ali Hərbi məktəblərinə, Tibb Universitetinin ali hərbi tibb fakültəsinə, Orta Hərbi Tibbi Məkətbinə və hərbi liseylərə qəbul iki mərhələdə aparılır. I mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunan həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilən fənlərdən TQDK tərəfindən keçirən test imtahanını verməlidir.

2012-2013-cü tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə ərizə və sənədlərin qəbulu martın 1-dən aprelin 10-dək aparılacaq.

Ali Hərbi məktəblərə qəbul olmaq istəyən kursantlar aprelin 1-dən mayın 30-dək ərizə ilə məktəb rəisinə müraciət etməlidirlər.

Tibb Universitetinin hərbi tibb fakültəsinin hərbi həkim işi ixtisası üzrə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər.

Tibb Universitetinin Hərbi Tibb Məktəbinə feldşer ixtisası üzrə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək hərbi tibb fakültəsi rəisinin adına ərizə təqdim etməlidirlər.

Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək hərbi lisey rəisinin adına ərizə ilə müraciət etməlidir.

Xəbər lenti

Xəbər lenti