...

Əli Əhmədov: Ermənistanın "Eurovision 2012"-də iştirakdan imtinası onun imicinə zərər yetirəcək

Cəmiyyət Materials 7 Mart 2012 18:48 (UTC +04:00)
Ermənistanın "Eurovision 2012"-də iştirakdan imtina etməsi ölkənin imicinə zərər yetirəcək.
Əli Əhmədov: Ermənistanın "Eurovision 2012"-də iştirakdan imtinası onun imicinə zərər yetirəcək

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir E.Mehdiyev/

Ermənistanın "Eurovision 2012"-də iştirakdan imtina etməsi ölkənin imicinə zərər yetirəcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü junalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov bildirib.

"Düşünürəm ki, Ermənistan Bakıda keçiriləcək Avropanın ən möhtəşəm mahnı müsabiqəsində iştirakdan imtina edibsə, bu, onun onsuz da o qədər yaxşı olmayan imicinə zərər yetirəcək", - Əhmədov deyib.

O qeyd edib ki, Azərbaycan bütün ölkələrin, eyni zamanda, Ermənistanın mahnı müsabiqəsində iştirakı üçün hər cür şərait yaradıb.

Xəbər lenti

Xəbər lenti