...

Baş Prokurorluqda kadr dəyişiklikləri olub

Cəmiyyət Materials 9 Mart 2012 12:17 (UTC +04:00)
Baş Prokurorluqda kadr dəyişiklikləri olub
Baş Prokurorluqda kadr dəyişiklikləri olub

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir K.Zərbalıyeva/

Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Elmar Camalov tutdugu vəzifədən azad edilərək Baş prokurorun böyük köməkçisi, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Elşən Albəndov isə Baş prokurorun köməkçisi vəzifəsinə təyin ediliblər. Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Xəbər lenti

Xəbər lenti