...

Bakıda yenidən qar yağmağa başlayıb

Cəmiyyət Materials 10 Mart 2012 09:27 (UTC +04:00)
Şənbə günü səhər saatlarından Bakıda yenidən qar yağmağa başlayıb.
Bakıda yenidən qar yağmağa başlayıb

Azərbaycan, Bakı, 10 mart/ Trend müxbir M.Əliyev/

Şənbə günü səhər saatlarından Bakıda yenidən qar yağmağa başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, bu həftənin sonuna kimi gecə və səhər bəzi yerlərdə qar yağacağı gözlənilirdi.

Gün ərzində arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti, axşam 0-1 dərəcə şaxta olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti