...

Azərbaycan Turizm İnstitutu Məzunlar Assosiasiyası yeni layihələrə başlayıb

Cəmiyyət Materials 12 Mart 2012 15:10 (UTC +04:00)
Azərbaycan Turizm İnstitutu Məzunlar Assosiasiyası (ATİMA) brend hotellərin baş menecerləri ilə gerçəkləşən görüşlərdən sonra məzun və tələbələrin istəyi ilə geniş spektrli seminar və treninqlər keçirməyi qərara alıb.
Azərbaycan Turizm İnstitutu Məzunlar Assosiasiyası yeni layihələrə başlayıb

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir İ.İsabalayeva /

Azərbaycan Turizm İnstitutu Məzunlar Assosiasiyası (ATİMA) brend hotellərin baş menecerləri ilə gerçəkləşən görüşlərdən sonra məzun və tələbələrin istəyi ilə geniş spektrli seminar və treninqlər keçirməyi qərara alıb. Azərbaycan Turizm İnstitutundan bazar ertəsi Trend-ə verilən məlumata görə, tədris layihələri çərçivəsində ilk treninqlər ötən həftə keçirilib.

Tədbirdə çıxış edən ATİ-nin rektoru Cəfər Cəfərov Azərbaycan Diplomatik Akademiyasının İnsan resursları meneceri Lutful Kabirin bilik və təcrübəsindən çox faydalana biləcəklərinə əmin olduğunu deyib.

Lutful Kabirin apardığı 2 günlük "Layihə menecmenti" treninqində 100 nəfərə yaxın tələbə və məzun iştirak edib. Treninq iştirakçılarına layihələrin rentabelliyi və davamlılığı, başlıca parametrik xüsusiyyətləri, büdcə hesablanması qaydaları və fəaliyyət planlarının tərtib olunması, beynəlxalq donor təşkilatlar və onlarla iş prinsipləri geniş tədris olunub.

Xəbər lenti

Xəbər lenti