...

Bakıda sürüşmə ilə bağlı sökülən binanın əvəzinə yenisi tikiləcək

Cəmiyyət Materials 14 Mart 2012 10:44 (UTC +04:00)
Bu yaxınlarda çökmə prosesinin baş verdiyi Bakı şəhər Suraxanı rayonu, Zığ şossesindəki 21 b nömrəli binanın sökülməsi və yenidən tikilməsi qərara alınıb.
Bakıda sürüşmə ilə bağlı sökülən binanın əvəzinə yenisi tikiləcək

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir İ.İsabalayeva/

Bu yaxınlarda çökmə prosesinin baş verdiyi Bakı şəhər Suraxanı rayonu, Zığ şossesindəki 21 b nömrəli binanın sökülməsi və yenidən tikilməsi qərara alınıb. Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib.

Niftiyev deyib ki, yeni bina üçün ayrılan torpaq sahəsi üçün geoloji baxımdan təhlükə yoxdur. Layihələndirmə üçün tapşırıq verilib, yaxın vaxtlarda tikintiyə başlanılacaq

Xəbər lenti

Xəbər lenti