...

"EuroClub" və "EuroVillage"in yeri açıqlanıb

Cəmiyyət Materials 19 Mart 2012 10:04 (UTC +04:00)
Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012" mahnı müsabiqəsi zamanı Bakıda təşkil olunacaq "EuroClub" və "EuroVillage"in yeri açıqlanıb.
"EuroClub" və "EuroVillage"in yeri açıqlanıb

Azərbaycan, Bakı, 19 mart / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012" mahnı müsabiqəsi zamanı Bakıda təşkil olunacaq "EuroClub" və "EuroVillage"in yeri açıqlanıb.

Trend-in bazar ertəsi müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, "EuroClub"un ünvanı Əl Oyunları Sarayı, "EuroVillage"in ünvanı isə Bakı Bulvar ərazisində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında olacaq. "EuroClub" Eurovision Mahnı Müsabiqəsinin əsas və əyləncə dolu məkanlarından biridir. Nümayəndə heyətləri, müsabiqədə akkreditasiya olunan media nümayəndələri və fanların vaxtlarını maraqlı keçirəcəyi şənlik və musiqili yer məhz "EuroClub"dur.

2500 kvadrat metr sahəsi olan "EuroClub" mayın 13-dən açılacaq. Eurovision Mahnı Müsabiqəsinin keçiriləcəyi "Bakı Kristal Zalı"ndan 2,5 km məsafədə yerləşəcək Bakıdakı "EuroClub"a giriş akkreditasiya və dəvətnamələrlə olacaq. Burada mayın 22 və 24-dəki yarımfinallardan, eləcə də mayın 26-dakı final mərhələsindən sonrakı şənlik mərasimləri, DJ-lərin iştirakı ilə gündəlik musiqi və əyləncə dolu proqramlar təşkil olunacaq.

5330 kvadrat metr ərazini əhatə edəcək "EuroVillage"in rəsmi açılışı isə mayın 19-da olacaq. "Bakı Kristal Zalı"ndan 3 km məsafədə yerləşən "EuroVillage"də gündəlik şou proqramlar, müxtəlif konsertlər, Eurovision Mahnı Müsabiqəsinə aid aksessuarların satışı təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti