...

Bakıda saxta sənədlər hazırlayan tərcümə mərkəzi aşkar olunub

Cəmiyyət Materials 22 Mart 2012 12:51 (UTC +04:00)
Bakıda saxta möhürlərdən istifadə edilməklə sənədlər tərtib olunduğu müəyyən edilib.
Bakıda saxta sənədlər hazırlayan tərcümə mərkəzi aşkar olunub

Azərbaycan, Bakı, 22 mart /Trend/

Bakıda saxta möhürlərdən istifadə edilməklə sənədlər tərtib olunduğu müəyyən edilib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri "Eseko" tərcümə mərkəzində direktor işləyən Elçin Heydərov, 30 saylı Dövlət Notariat Kontorunda məsləhətçi işləyən Əliş Paşayev, Bakı şəhər sakinləri Əbdüləzim Nuriyev və Balaəli Əliyev ilə cinayət əlaqəsinə girərək Buzovna qəsəbəsi ərazisindəki 25 saylı Dövlət Notariat Kontorunun saxta möhürlərindən istifadə etməklə "etibarnamə", "tərcümə sənədləri", "əmlakın bağışlama aktları"nı tərtib etmələri və vətəndaşlara satmaları müəyyən edilib.

"Eseko" tərcümə mərkəzinə baxış zamanı çoxlu sayda saxta sənədlər, 2 ədəd kompüter, üzərinə 25 saylı Dövlət Notariat Kontoru yazılmış 1 ədəd dairəvi möhür və digər köməkçi sənədlər aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti