...

Bakıda beynəlxalq tekstil konqresi keçiriləcək

Cəmiyyət Materials 27 Mart 2012 16:25 (UTC +04:00)
Oktyabrın 2-5-də Bakıda "Türk əl toxumaları (tekstil) və ənənəvi sənətlər" IV Beynəlxalq konqresi keçiriləcək.
Bakıda beynəlxalq tekstil konqresi keçiriləcək

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İsabalayeva/

Oktyabrın 2-5-də Bakıda "Türk əl toxumaları (tekstil) və ənənəvi sənətlər" IV Beynəlxalq konqresi keçiriləcək.

Trend-in çərşənbə axşamı Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, konqres Azərbaycan Tarixi Muzeyi, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və Türkiyə Respublikası Səlcuq Universitetinin Türk Əl Sənətlərini Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Konqresdə türk əl toxumalarının və ənənəvi sənətlərin (dulusçuluq, xəttatlıq və s.) tarixindən və keçdiyi təkamül yolundan, hazırlanma texnologiyasından, onların tarixi-mədəni əhəmiyyətindən bəhs edən məruzələr dinləniləcək.

Xəbər lenti

Xəbər lenti