...

Oliqarxiya Ermənistanı necə israf edir?

Cəmiyyət Materials 28 Mart 2012 11:50 (UTC +04:00)
Hakimiyyətin parlament seçkilərinə nə qədər pul xərcləyəcəyini söyləmək çətindir. Əlbəttə ki, söhbət büdcə vəsaitlərindən getmir.
Oliqarxiya Ermənistanı necə israf edir?

Azərbaycan, Bakı, 28 mart /Trend/

Hakimiyyətin parlament seçkilərinə nə qədər pul xərcləyəcəyini söyləmək çətindir. Əlbəttə ki, söhbət büdcə vəsaitlərindən getmir. Bu, yəqin ki, aydındır. Çünki konkret məbləğlər sosial paketlərdə dövlət işçilərinə, dizel yanacağına görə, vergi güzəştləri adı altında və hakimiyyətin qəbul etdiyi və gələcəkdə qəbul edəcəyi digər seçkiqabağı qərarlar isə subsidiya şəklində kənd əhalisinə ayrılıb.

Trend-in məlumatına görə, Ermənistan KİV-i yazır ki, söhbət heç bir yerdə qeydiyyata alınmayan pullardan, həm proporsional, həm də mojaritar sistem üzrə hakim Respublika Partiyası, "Çiçəklənən Ermənistan" və "Orinas Yerkir" partiyalarının namizədləri üçün paylanan rüşvətlərdən gedir. Söhbət çox vaxt olduqca asan satılan arzuolunmaz namizədlərin alınması cəhdlərinin baş verəcəyi haqqındadır. Söhbət komissiya üzvlərinin pulla ələ alınmasından gedir ki, bu da mütləq total xarakter daşıyacaq. Söhbət müşahidəçilərə çəkilən xərclərdən gedir.

Bir sözlə bütün bu "xərclər maddələri"ni nəzərdən keçirəndə aydın olur ki, hakimiyyətin parlament seçkilərinə xərclədiyi pullar on milyonlarla və çox güman ki, yüz milyonlarla dollarla ölçülür.

Ermənistanın oliqarxiyası, məmur-oliqarxlar, kriminal və saray "avtoritetləri" təkrar istehsal naminə öz ciblərini insafsızcasına boşaldacaqlar, xüsusilə də indi müqayisəli dərəcədə sakit təkrar istehsal tapşırığı var.

Ermənistanın vəzifəli, kriminal-oliqarxiya sinfi müxtəlif enerji, sosial, tikinti proqramları üçün öz milyonlarını xərcləmək üçün dövlətin adından kreditlər götürür. Həmin pullar dövlətin rıçaqlarından istifadə olunaraq toplanıb. Onlar ölkə üçün əhəmiyyətli strateji proqramlara investisiyaların yatırılması yerinə parlament seçkilərinə, çoxluğun yaradılmasına sərf edilir.

Rüşvətə, alınmalara və s. xərclənəcək bu pula Ermənistanda necə nəhəng proqramlar reallaşdırmaq mümkün idi.

Bu pula Ermənistan şəhərlərindən birini tələbə universitet şəhərciyinə çevirmək olardı, deyək ki, ora Ermənistanın gənc potensialının yaradıla biləcəyi universitet mərkəzi ola bilərdi.

Mümkün proqramlar lap çox ola bilər, onlar sadəcə olaraq oliqarxiyanın öz pulunu xərcləməyi sevdiyi əhəmiyyət keyfiyyətinə malik deyillər, məsələn, təkrar istehsal hakimiyyətinin icazə verdiyi kimi onlar növbəti beş ildə ikiqat və ya üçqat ölçüdə xərclənmiş pulu tez qaytarmağa imkan vermirlər.

Əslində, strateji proqramlara investisiyalar sürətli gəliri deyil, cəmiyyətin müsbət qiymətini, hətta "günahların bağışlanılması", belə demək mümkünsə, kapitalın ictimai amnistiyasını nəzərdə tuta bilər. Cəmiyyət bu milyonların haradan, hansı yolla əldə olunduğunu və onların necə zənginləşdikləri kimi sualları təxirə sala bilər. Cəmiyyət bu strateji xərclərə start hesablamasının sıfır nöqtəsi kimi baxa bilər.

Lakin milyonların sahiblərinə bunlar lazım deyil, onlara burada, indi və həmişəlik pul və hakimiyyət lazımdır. Sıfırlar onları yalnız hansısa start kontekstində deyil, faiz gəlirlərinin göstəricisi kimi maraqlandırır. Start onları yalnız yeni, son dərəcə bahalı avtomobilin sürətinin müəyyən edilməsi üçün maraqlandırır.

Məhz buna görə də Ermənistanın məmur, kriminal-oliqarx sinfi mandatların əldə olunması üçün milyardlar sərf edə bilər, lakin sürətli gəlir nəzərdə tutmayan strateji əhəmiyyətli proqramlara bir qəpik belə xərcləməz.

Amma investisiya Yerevanın küçələrində qadınlara və qızlara güllərin paylanması və ya açıq xeyriyyə aksiyalarının keçirilməsi deyil, məhz bu olacaq. Həmin aksiyalar zamanı xeyriyyəçiliyin subyekti və ya obyekti bu xeyriyyəçiliyin haradan gəldiyini və sonda Ermənistanın dövlət kimi boğulmasının növbəti dairəsini bitirərək hara gedəcəyini bilir.

Xəbər lenti

Xəbər lenti