...

Azərbaycan turistləri bu yay daha çox Türkiyədə dincələcəklər

Cəmiyyət Materials 28 Mart 2012 15:08 (UTC +04:00)
Bu yay mövsümündə Azərbaycan turistləri dincəlmək üçün daha çox Türkiyəyə üz tutacaqlar.
Azərbaycan turistləri bu yay daha çox Türkiyədə dincələcəklər

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İsabalayeva/

Bu yay mövsümündə Azərbaycan turistləri dincəlmək üçün daha çox Türkiyəyə üz tutacaqlar. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Azərbaycan turistləri əsasən Türkiyəyə getməyə üstünlük versələr də, yeni aviaşirkətlərin fəaliyyətə başlaması onların digər ölkələrdə də istirahət etmək imkanlarını artıracaq.

Bağırov deyib ki, keçən ilə nisbətən bu il yay turizm mövsümü üçün birbaşa uçuşların qiymətləri aşağı salınıb.

"Məsələn, Türkiyəyə qiymətlər daha ucuz olacaq. Bu da müştərilərimiz üçün daha əlverişlidir", - Bağırov bildirib.

Qeyd edək ki, 2011-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə 539 678 nəfər turist gedib. Bu rəqəm 2010-cu ilin eyni dövrü ilə müqayisədə 21,17 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti