...

Azərbaycanda 3000-ə yaxın yeni tarixi abidə aşkarlanıb

Cəmiyyət Materials 29 Mart 2012 15:13 (UTC +04:00)
Azərbaycanda 3000-ə yaxın yeni aşkarlanmış tarixi abidə var.
Azərbaycanda 3000-ə yaxın yeni tarixi abidə aşkarlanıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 3000-ə yaxın yeni aşkarlanmış tarixi abidə var. Bunu cümə axşamı Trend-ə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, rəsmi siyahıda 7000-ə yaxın tarixi abidənin adı qeyd edilib. Ümumilikdə, Azərbaycanda 10 000-ə yaxın tarixi abidə var.

Nazir müavini bildirib ki, ölkədəki abidələrin arasında həm dünya, həm respublika, həm də yerli əhəmiyyətli abidələr var.

Əliyevin sözlərinə görə, hazırda həmin tarixi abidələrlə bağlı uzunmüddətli - 2012-2020-ci illəri əhatə edən dövlət proqramının hazırlanması üzrə iş aparılır. Artıq proqramın layihəsi hazırdır. Layihə müvafiq nazirliklərlə razılaşdırıldıqdan sonra hökumətə təqdim ediləcək.

Əliyevin sözlərinə görə, hazırda proqramın ilbəil maliyyə mənbələrinin müəyyənləşdirilməsi üçün araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti