...

Səhiyyə Nazirliyi Azərbaycan üçün istehsal edilmiş dərmanın Ermənistanda aşkarlanmasına aydınlıq gətirib

Cəmiyyət Materials 30 Mart 2012 17:37 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Ermənistanda içliyi Azərbaycan dilində olan "Стекловидное тело" dərmanının aşkarlanması məsələsinə rəsmi münasibət bildirib.
Səhiyyə Nazirliyi Azərbaycan üçün istehsal edilmiş dərmanın Ermənistanda aşkarlanmasına aydınlıq gətirib

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Ermənistanda içliyi Azərbaycan dilində olan "Стекловидное тело" dərmanının aşkarlanması məsələsinə rəsmi münasibət bildirib.

Səhiyyə Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, həmin dərmanın istehsal olunduğu Belarusla Azərbaycan arasında çox geniş iqtisadi əlaqələr var. Bu əlaqələr əczaçılıq sahəsində də inkişaf edir və həmin ölkədən Azərbaycan dərmanlar idxal edilir. Amma Azərbaycanın qanunvericiliyinə görə, ölkəyə gətirilən dərmanların göstəriciləri ilə bağlı məlumatlar Azərbaycan dilində də yazılmalı və istehsalçı müəssisə tərəfindən bu məlumatlar dərmanın içliyində qeyd edilməlidir. Həmin dərmanın istehsalçısı olan Belarus müəssisəsi də bunu yerinə yetirərək dərmanın içliyini Azərbaycan dilində hazırlayır.

Amma Səhiyyə Nazirliyi belə hesab edir ki, içliyi Azərbaycan dilində olan dərmanın Ermənistanda aşkarlanması qeyri-adi hal deyil.

"İstehsalçı içlik vərəqəsini bir neçə dildə yazıb dərmanın içinə qoya bilər. Ola bilər ki, Belarusdan Ermənistana göndərilən partiya arasında içliyi Azərbaycan dilində olan dərmanlar da səhvən gedib. Yaxud da bu, həmin istehsalçının subyektiv amili ilə də bağlı ola bilər", - nazirlikdən əlavə edilib.

Qeyd edək ki, Ermənistanın Dərman İstehsalı və İdxalı İttifaqının sədri Samvel Zakaryan ölkəsində Azərbaycan üçün istehsal edilmiş və içliyi Azərbaycan dilində olan "Стекловидное тело" dərmanının aşkarlandığını söyləyib.

Xəbər lenti

Xəbər lenti