...

Müdafiə Nazirliyi AAHM-də həbslərin başlaması barədə yayılan məlumatlara aydınlıq gətirib

Cəmiyyət Materials 2 Aprel 2012 16:29 (UTC +04:00)
Müdafiə Nazirliyi bəzi KİV-lərdə Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) həbslərin başlaması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Müdafiə Nazirliyi AAHM-də həbslərin başlaması barədə yayılan məlumatlara aydınlıq gətirib

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Müdafiə Nazirliyi bəzi KİV-lərdə Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) həbslərin başlaması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, AAHM-də həbslərin başlaması barədə yayılan məlumatlar şişirdilib.

Rəis müavini deyib ki, Müdafiə Nazirliyinin hüquq və hərbi polis idarələrinin keçirdiyi tədbirlər nəticəsində sadəcə olaraq AAHM-dən ərzaq oğurlayan mülki şəxs müəyyən edilib.

"Hazırda faktla bağlı araşdırma aparılır", - nazirlik sözçüsü deyib.

Xatırladaq ki, bəzi KİV-lərdə hərbi məktəbin baş aşbazının saxlanıldığı barədə məlumatlar yayılıb.

Xəbər lenti

Xəbər lenti