...

Əbülfəs Qarayev: Azərbaycan mədəniyyət və turizm sahələri üzrə Çeçenistanla əməkdaşlıqda maraqlıdır

Cəmiyyət Materials 4 Aprel 2012 16:53 (UTC +04:00)
Azərbaycan mədəniyyət və turizm sahələri üzrə Çeçenistanla əməkdaşlıq etməkdə maraqlıdır.
Əbülfəs Qarayev: Azərbaycan mədəniyyət və turizm sahələri üzrə Çeçenistanla əməkdaşlıqda maraqlıdır

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan mədəniyyət və turizm sahələri üzrə Çeçenistanla əməkdaşlıq etməkdə maraqlıdır.

Trend-in çərşənbə günü Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Çeçenistan Baş nazirinin müavini Əli İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Görüşdə Çeçenistan ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf istiqamətləri və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İsayev Çeçenistanda tikilməkdə olan mədəniyyət və turizm obyektləri barəsində məlumat verərək gələcəkdə bu istiqamətdə Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlı olduğunu qeyd edib.

Aparılan müzakirələr zamanı qarşılıqlı mədəniyyət günlərinin təşkili, Azərbaycanda keçirilən beynəlxalq miqyaslı mədəniyyət və incəsənət tədbirlərində Çeçenistandan olan ziyalıların və sənət adamlarının iştirakı kimi məsələlərə toxunulub.

Daha sonra Qarayev ölkəmizdə tikilən "Şahdağ" qış-yay turizm kompleksi barədə məlumat verərək Çeçenistanda turizm sahəsinin inkişaf etdirilməsi məsələsində Azərbaycanın qarşılıqlı təcrübə mübadiləsinə hazır olduğunu qonağın diqqətinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti