...

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının görüntüləri (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2012 13:40 (UTC +04:00)
Hazırda tikilməkdə olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının 2013-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının görüntüləri (FOTO)

Azərbaycan, Bakı, 9 aprel / Trend müxbir İ.İsabalayeva/

Hazırda tikilməkdə olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının 2013-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Akademiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, kitabxana üçün 0,9 hektar torpaq sahəsi ayrılıb. Binanın ümumi tikinti sahəsi isə 24 180 kvadratmetrdir.

Kitabxanada yaradılacaq qapalı və xüsusi şəraitli fondlar 3 milyon 500 min nüsxə ədəbiyyatın saxlanılmasına imkan verəcək. Açıq kitab fondları isə mərtəbələr üzrə mövzulara uyğun yerləşdiriləcək və burada ümumilikdə bir milyonadək nüsxənin saxlanılması mümkün olacaq. Kitabxananın oxu zalları eyni vaxtda 700-dək oxucuya xidmət göstərəcək.

Kitabxananın birinci mərtəbəsində muzey, gözləmə zalları və kafeteriya, ikinci mərtəbəsində kitab satışı mərkəzi, üç oxu zalı, server və istirahət otaqları olacaq. Digər mərtəbələrdə də konfrans, dissertasiya, elektron nəşrlər və oxu zalları istifadəçilərin ixtiyarına veriləcək.

Binada 10 müasir lift, birinci və ikinci mərtəbələrin arasında isə eskalator quraşdırılacaq.

Qeyd edək ki, layihənin icraçısı "Azəraqrartikinti" Səhmdar Cəmiyyətidir.

Xəbər lenti

Xəbər lenti