...

Məhkumların Milli preventiv qrupa ünvanlanmış şikayətləri senzuradan keçirilməyəcək

Cəmiyyət Materials 10 Aprel 2012 10:45 (UTC +04:00)
Azərbaycanda Cəzaların İcrası Məcəlləsinə Ombudsmanın və Milli preventiv qrup üzvlərinin cəzaçəkmə müəssisələrinə başçəkmələrinin keçirilməsi ilə bağlı əlavələr ediləcək.
Məhkumların Milli preventiv qrupa ünvanlanmış şikayətləri senzuradan keçirilməyəcək

Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda Cəzaların İcrası Məcəlləsinə Ombudsmanın və Milli preventiv qrup üzvlərinin cəzaçəkmə müəssisələrinə başçəkmələrinin keçirilməsi ilə bağlı əlavələr ediləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, Məcəlləyə təklif olunan dəyişikliyə görə, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, cəzaçəkmə müəssisələrinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həmçinin cəzaçəkmə müəssisələrinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır.

Məcəlləyə edilmiş digər bir dəyişikliyə görə, Milli preventiv qrupa ünvanlanmış təklif, ərizə və şikayətlər senzuradan keçirilməyəcək və bir gündən gec olmayaraq (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) aidiyyəti üzrə göndəriləcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, cəzaçəkmə müəssisələrinin fəaliyyətinə nəzarəti həyata keçirən orqanlara, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanlanmış təklif, ərizə və şikayətlər senzuradan keçirilmir və bir gündən gec olmayaraq (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) aidiyyəti üzrə göndərilir.

Qanun layihəsi bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti