Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir K.Zərbalıyeva/
Məhkum qadınlar arasında xalça müsabiqəsi keçirilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, xidmətin və Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin birlikdə hazırladığı tədbirlər planına uyğun olaraq, bu gün 4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlar arasında xalça müsabiqəsi keçirilib.
Müsabiqəyə təqdim olunan xalçalara baxış keçirilib, bir neçə xalça nümunələri bəyənilib. I, II və III yerləri tutan iştirakçılara diplom və hədiyyələr verilib.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclər şöbəsinin rəisi Samir Kazımov, şöbənin əməkdaşı İlqar Qasımov və Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin əməkdaşı, ədliyyə baş leytenantı Ramin Osmanov iştirak ediblər.