...

Bakıda IPMA-nın Direktorlar Şurasının iclası keçiriləcək

Cəmiyyət Materials 11 Aprel 2012 10:15 (UTC +04:00)
Bakıda bu ilin 26-27 sentyabr tarixlərində Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (İnternational Project Management Association - IPMA) Direktorlar Şurasının iclası keçiriləcək.
Bakıda IPMA-nın Direktorlar Şurasının iclası keçiriləcək

Azərbaycan, Bakı, 11 aprel / Trend müxbir M.Əliyev/

Bakıda bu ilin 26-27 sentyabr tarixlərində Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (İnternational Project Management Association - IPMA) Direktorlar Şurasının iclası keçiriləcək.

Trend-in məlumatına görə, çərşənbə günü Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasından (AzPMA) bildirilib ki, bu barədə qərar İspaniyanın Valensiya şəhərində IPMA Direktorlar Şurasının növbəti iclasında qəbul olunub. İclasda 54 ölkənin nümayəndə heyəti iştirak edib.

IPMA-ya MDB ölkələrindən yalnız Azərbaycan, Rusiya, Ukrayna və Qazaxstan daxildir.

Valensiyada təşkil olunan iclasda Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafı, həyata keçirilən layihələr və dövlət proqramları haqqında və irimiqyaslı beynəlxalq tədbirlərin ölkədə keçirilməsi üçün infrastrukturun inkişafı ilə bağlı geniş məlumat verilib və qısa film təqdim edilib.

Xəbər lenti

Xəbər lenti