...

Eurovision Mahnı Müsabiqəsinin açılışı mayın 19-da "EuroClub"da olacaq

Cəmiyyət Materials 16 Aprel 2012 19:53 (UTC +04:00)
Mayın 13-dən Eurovision 2012-nin "EuroClub"u fəaliyyətə başlayacaq. Əl Oyunları İdman Sarayında təşkil olunacaq EuroClub 2500 m2 ərazisini əhatə edəcək
Eurovision Mahnı Müsabiqəsinin açılışı mayın 19-da "EuroClub"da olacaq

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Mayın 13-dən Eurovision 2012-nin "EuroClub"u fəaliyyətə başlayacaq. Əl Oyunları İdman Sarayında təşkil olunacaq EuroClub 2500 m2 ərazisini əhatə edəcək.

Trend-in eurovizion.az saytına istinadən verdiyi məlumata görə, hazırda "EuroClub"da hazırlıq işləri gedir. Artıq "EuroClub"un səhnəsi quraşdırılıb.

2500 m2 sahəsi olan Bakı "EuroClub"u mayın 13-dən artıq müsabiqə iştirakçılarının, akkreditə olunmuş media mənsublarının və fanların istifadəsinə veriləcək. Eurovision Mahnı Müsabiqəsinin keçiriləcəyi "Bakı Kristal Zalı"ndan 2,5 km məsafədə yerləşən "EuroClub"a giriş akkreditasiya ilə olacaq. Mayın 19-da isə burada Eurovision Mahnı Müsabiqəsinin rəsmi açılışı keçiriləcək.

Mayın 19-dan Eurovision Mahnı Müsabiqəsinin daha bir əyləncə məkanı olan Eurovillage də fəaliyyətə başlayacaq. Eurovillage mayın 19-dan 26-dək saat 13.00-dan 23.00-dək, şou günlərində isə 22.00-dək açıq olacaq. Burada müxtəlif şou proqramlar, Eurovision 2012 iştirakçılarının konsertləri keçiriləcək, Eurovision aksessuarlarının satışı təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti