...

Azərbaycanda daşınmaz əmlakın alqı-satqısında yenilik (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2012 12:41 (UTC +04:00)
Azərbaycan hökumətinə təqdim edilən vergi qanunvericiliyinə əlavə və dəyişikliklər barədə təkliflər paketi ölkədə nağdsız hesablaşmaların stimullaşdırılması üzrə tədbirləri də nəzərdə tutur.
Azərbaycanda daşınmaz əmlakın alqı-satqısında yenilik (FOTO)

Azərbaycan, Bakı, 18 aprel / Trend, müxbir A.Axundov /

Azərbaycan hökumətinə təqdim edilən vergi qanunvericiliyinə əlavə və dəyişikliklər barədə təkliflər paketi ölkədə nağdsız hesablaşmaların stimullaşdırılması üzrə tədbirləri də nəzərdə tutur. Bu barədə Azərbaycanın Vergilər Nazirliyinin Fiziki şəxslərin qeydiyyatı şöbəsinin rəhbəri Natiq Şirinov çərşənbə günü "Azərbaycanda vergi: yeni vergi mədəniyyəti naminə" adlı ikinci vergi konfransında çıxışı zamanı deyib.

"Təkliflərdən biri daşınmaz əmlakla bağlı alqı-satqı əməliyyatlarının, sövdələşmənin məbləğindən asılı olmayaraq, yalnız nağdsız formada aparılmasına keçiddir. Təklif qabaqcıl beynəlxaql təcrübəyə əsaslanır", - Şirinov bildirib.

Onun sözlərinə görə, habelə bir sövdələşmə və ya müəyyən müddət ərzində alqı-satqı əməliyyatlarının məhdudlaşdırılmasının tətbiqi təklif olunur.

"Məsələn, əgər bir ay ərzində və ya bir sövdələşmə çərçivəsində məbləğ, misal üçün beş min manat artırsa, onda bu məbləği ötən həmin hissə üzrə sövdələşmə nağdsız formada aparılmalıdır", - Şirinov deyib.

Onun sözlərinə görə, hazırda məhdudiyyətlərin məbləği dəqiqləşdirilir.

Vergi Məcəlləsindəki dəyişikliklər 2013-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Xəbər lenti

Xəbər lenti