...

İranda banklardan külli miqdarda pul mənimsəyən haker yeniyetmə həbs olunub

Cəmiyyət Materials 21 Aprel 2012 11:34 (UTC +04:00)
İranın Fars əyalətinin kəndlərinin birində yaşayan yeniyetmə haker, milyonlarla məbləğdə pulu internet vasitəsi ilə banklardan mənimsədiyinə görə həbs olunub.
İranda banklardan külli miqdarda pul mənimsəyən haker yeniyetmə həbs olunub

Azərbaycan, Bakı, 21 aprel / Trend müxbir T. Cəfərov/

İranda yeniyetmə haker banklardan külli miqdarda pul mənimsəyib.

İranın Fars əyalətinin kəndlərinin birində yaşayan yeniyetmə haker, milyonlarla məbləğdə pulu internet vasitəsi ilə banklardan mənimsədiyinə görə həbs olunub. Trend-in məlumatına görə, bu barədə İranın "Hamshahrionline" qəzeti məlumat verir.

Məlumata əsasən, həbs olmuş yeniyetmə bildirib ki, 4 yaşından kompüterə marağı olub və onu işlətməyi öyrənib. O bildirib ki, üç il öncə haker proqramlarına marağı artıb. İlk dəfə qohumlardan birinin bank hesabının kodunu əldə edib, daha sonra isə ayrı-ayrı şəxslərin bank hesablarının kodunu əldə edərək onlara məxsus pulu mənimsəyib.

Yeniyetmə haker öz gündəlik təlabatını, paltarlarını və ehtiyacı olduğu digər əşyaları internet vasitəsilə sifariş edərək pulunu ayrı-ayrı vətəndaşların bank hesabına girməklə ödəyib.

Faktla bağlı cinayət işi açılıb. Mənimsənilmiş pul vəsaitləri müştərilərin hesablarına geri qaytarılıb. Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Xəbər lenti

Xəbər lenti