...

Sabah Bakı küləkli olacaq

Cəmiyyət Materials 24 Aprel 2012 12:58 (UTC +04:00)
Aprelin 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, günün ikinci yarısında arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sabah Bakı küləkli olacaq

Azərbaycan, Bakı, 24 aprel / Trend müxbir K.Zərbalıyeva/

Sabah Bakıda hava yenə küləkli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, günün ikinci yarısında arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Temperatur gecə 11-15, gündüz 20-25 dərəcə isti olacaq.

Sabah əsasən gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 11-16, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Aprelin 25-26-da ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu aran rayonlarında 23-28, dağlarda 15-20 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti