...

BDU-da nüvə texnologiyaları üzrə kafedralar açılacaq

Cəmiyyət Materials 30 Aprel 2012 17:30 (UTC +04:00)
Gələcəkdə Bakı Dövlət Universitetində nüvə texnologiyaları üzrə kafedralar açılacaq.
BDU-da nüvə texnologiyaları üzrə kafedralar açılacaq

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İsabalayeva/

Gələcəkdə Bakı Dövlət Universitetində nüvə texnologiyaları üzrə kafedralar açılacaq. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun (RPİ) direktoru Adil Qəribov deyib.

Onun sözlərinə görə, mayın 1-də Bakı Dövlət Universiteti ilə İnstitut arasında birgə elmi-təqdiqat və kadr hazırlığı sahəsində əməkdaşlıq üzrə memorandum imzalanacaq. Bu sənəd sayəsində hər iki qurum nüvə elmləri üzrə əməkdaşlıq səylərini birləşdirəcək.

Bu əməkdaşlığa uyğun olaraq, BDU RPİ üçün kadr hazırlığı aparacaq, birgə doktorantlar hazırlanacaq. BDU-nun tələbə və alimləri üçün RPİ-də kurslar təşkil olunacaq. BDU-da nüvə elmlər üzrə açılacaq kafedralarda RPİ-nin mütəxəssisləri işləyəcək.

Qəribov deyib ki, Azərbaycanda nüvə elmləri üzrə kadr potensialının 95-99 faizi fizika və kimya fakültələri tərəfindən formalaşır. Hazırda BDU-da da nüvə fizikası sahəsində kadr hazırlanır.

"BDU-da gözəl kadr potensialı var. Biz onlardan istifadə edəcəyik. İnstitutda olan unikal avadanlıqlardan da BDU istifadə edə bilər. BDU-nun avadanlıqlarından İnstitut istifadə edir. Amma yeni sənədlə bu sahə üzrə əməkdaşlıq rəsmiləşir", - Qəribov əlavə edib.

Xəbər lenti

Xəbər lenti