...

Azərbaycanda onlayn rejimdə qaz sayğaclarının smart-kartlarını yükləmək mümkündür

Cəmiyyət Materials 1 May 2012 13:53 (UTC +04:00)
"Goldenpay" şirkəti qazdan istifadəyə görə ödənişin edilməsi məqsədilə smart-kartları onlayn rejimdə yükləmək üçün kart-riderlərin reallaşdırılmasına başlayıb.
Azərbaycanda onlayn rejimdə qaz sayğaclarının smart-kartlarını yükləmək mümkündür

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir H.Vəliyev/

"Goldenpay" şirkəti qazdan istifadəyə görə ödənişin edilməsi məqsədilə smart-kartları onlayn rejimdə yükləmək üçün kart-riderlərin reallaşdırılmasına başlayıb. Bu barədə çərşənbə axşamı Trend-ə şirkətdən bildiriblər.

Qurğunu goldenshop.az onlayn mağazasında əldə etmək mümkündür. Kard-riderlərin çatdırılması pulsuzdur. Qurğunun qiyməti 30 manatdır. Kart-riderlər elektron imza ilə əməliyyatların həyata keçirilməsi üçün istifadə edilə bilər.

Smart-kartları yükləmək üçün "Java" proqramını (java.com/en/download/ie_manual.jsp?locale=en) yükləmək, habelə drayverin surətini (drayverə aşağıdakı ünvanda çıxış var: system.goldenpay.az/smart/jpcsc.dll) C sərt diskin "Windows" qovluğunda çıxartmaq lazımdır.

Onlayn yükləmə ITRON tipli smart-kartlar üçün nəzərdə tutulub. Əgər bu GULF tipli abunəçi smart-kartırdırsa, müvafiq qaz-istismar sahəsinə müraciət edərək onu dəyişmək mümkündür.

Smart-kartı yükləmək üçün onu kard-riderə yerləşdirmək, START düyməsini basmaq və kart haqqında məlumatın yoxlanmasını gözləmək lazımdır. Sonra karta daxil etməyə planlaşdırdığınız məbləği göstərərək növbəti səhifəyə keçmək tələb olunur. Bundan sonra kart haqqında məlumatı daxil etmək və ödənişi həyata keçirmək lazımdır. Karta pul vəsaitini yükləmək üçün START düyməsinə basmaq və prosesin tamamlanmasını gözləyərək kartı götürmək lazımdır.

Kartın yüklənməsi üzrə əməliyyatı həyata keçirməzdən öncə kartda əvvəl qalan məbləği qaz sayğacına yükləmək və kartda vəsaitin olmadığına əmin olmaq lazımdır. Çünki əks təqdirdə, karta yükləmə əməliyyatı həyata keçirilməyəcək. Yükləmə prosesi başa çatmadan kartın vaxtından əvvəl götürülməsi də qadağan edilir.

Smart-kartların yüklənməsi, həmçinin "Paypoint" özünəxidmət terminalları və Azərbaycan banklarının bütün filiallarında mümkündür.

Xəbər lenti

Xəbər lenti