Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Nazirlər Kabineti Naxçıvan Musiqi Kollecini və Naxçıvan Dövlət Texniki Kollecini Təhsil Nazirliyinin tabeliyindən çıxarıb.
Trend-in çərşənbə günü NK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş nazir Artur Rasizadə tərəfindən təsdiqlənmiş yeni qərarla həmin məktəblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Bununla bağlı "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilib.