...

Azərbaycanda uşaq müdafiəsi sisteminin vəziyyəti müzakirə olunacaq

Cəmiyyət Materials 2 May 2012 15:09 (UTC +04:00)
Azərbaycanda uşaq müdafiəsi sisteminin vəziyyəti müzakirə olunacaq.
Azərbaycanda uşaq müdafiəsi sisteminin vəziyyəti müzakirə olunacaq

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda uşaq müdafiəsi sisteminin vəziyyəti müzakirə olunacaq.

Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov Trend-ə bildirib ki, mayın ikinci yarısında Təhsil Nazirliyi, YUNİSEF, Avropa İttifaqı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Məclislə birgə bu mövzuya həsr olunmuş konfrans keçirilməsi nəzərdə tutulub.

Konfransda Azərbaycanda uşaqların müdafiəsi vəziyyəti, yerli və mərkəzi dövlət qurumları tərəfindən uşaq hüquqlarının qorunması, uşaq hüquqlarının pozulmasının profilaktikası, əlilliyi olan, valideyn himayəsindən məhrum olan uşaqların vəziyyəti, onlarla aparılan işin vəziyyəti nəzərdən keçiriləcək.

Uşaq hüquqlarının pozulması hallarının qarşısının alınmasında yeni yanaşmalar, yeni proqramların hazırlanması və tətbiqi ilə bağlı məsələlər müzakirə olunacaq.

Xüsusi kateqoriyalı - əlil, qanunla ziddiyyətdə olan, internat müəssisələrində və ya valideyn himayəsindən məhrum olan uşaqların vəziyyətinin yaxşılaşdırılması, onların hüquqlarının qorunması məqsədilə əlaqədar qurumlar və qeyri-hökumət təşkilatlarının təklifləri də müzakirə predmeti olacaq.

Xəbər lenti

Xəbər lenti