...

Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində yenilik tətbiq ediləcək

Cəmiyyət Materials 5 May 2012 11:02 (UTC +04:00)
Yaxın vaxtlarda nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, o cümlədən qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsi ilə bağlı sənədlərin qəbulunun, sürücülük vəsiqələrinin verilməsi ilə bağlı sənədlərin qəbulunun nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi ilə əlaqədar sənədlərin qəbulunun, dövlət rüsumlarının ödənilməsinin elektron xidmət kimi göstərilməsinə başlanılacaq.
Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində yenilik tətbiq ediləcək

Azərbaycan, Bakı, 5 may / Trend müxbir M.Əliyev/

Yaxın vaxtlarda nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, o cümlədən qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsi ilə bağlı sənədlərin qəbulunun, sürücülük vəsiqələrinin verilməsi ilə bağlı sənədlərin qəbulunun nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi ilə əlaqədar sənədlərin qəbulunun, dövlət rüsumlarının ödənilməsinin elektron xidmət kimi göstərilməsinə başlanılacaq.

Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov "Respublika" qəzetinə müsahibəsində DYP-da "elektron hökumət"in tətbiqi ilə bağlı sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Dövlət Yol Polisi öz xidmətini "elektron hökumət" Dövlət Proqramına uyğun qurmaqdadır.

"Qayda pozuntularının müasir texniki vasitələrlə aşkarlanması və digər istiqamətlərdə uğurlu islahatlar aparılır. Həmçinin, baş idarədə mərkəzləşdirilmiş elektron məlumat bazasının yaradılması ölkənin istənilən ərazisində nəqliyyat vasitələri, onların sahiblər və sürücüləri barədə operativ məlumat almaq imkanı verir", - Zeynalov deyib.

O qeyd edib ki, bununla yanaşı İdarənin xidməti barədə müvafiq məlumatların əldə edilməsi məqsədi ilə internet sayt və elektron ünvan açılıb. Əhalinin xidmətlə bağlı sorğularına operativ olaraq cavabların verilməsi təmin olunur.

"Vətəndaşlar üçün sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar barəsində tətbiq edilən inzibati tənbeh haqqında qərarlar və onların nəticələri, o cümlədən cərimələr və onların ödənilməsi , balların sayı və silinməsi ilə bağlı məlumat ala bilmə imkanları yaradılıb", - İdarə rəisi bildirib.

Xəbər lenti

Xəbər lenti