...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar yaşıllaşdırma aksiyası keçirilib

Cəmiyyət Materials 5 May 2012 15:38 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar şənbə günü Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunun ətrafında yaşıllaşdırma aksiyası keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar yaşıllaşdırma aksiyası keçirilib

Azərbaycan, Bakı, 5 may /Trend/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar şənbə günü Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunun ətrafında yaşıllaşdırma aksiyası keçirilib. Bu barədə Trend-ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu aksiya çərçivəsində İqtisadi İnkişaf Nazirliyi və "Təmiz Şəhər" ASC-nin əməkdaşları müxtəlif ağaclar və bəzək kolları əkib və abadlıq işləri aparıblar. Ümumilikdə, tədbir çərçivəsində 1000-ə yaxın ağac və bəzək kolu əkilib, ətrafda təmizlik işləri aparılıb.

Qeyd edək ki, 2010-cu ildən başlayaraq Balaxanı poliqonu ərazisində ekoloji tarazlığın bərpası məqsədilə İqtisadi İnkişaf Nazirliyinin və "Təmiz Şəhər" ASC-nin əməkdaşlarının iştirakı ilə ildə iki dəfə - yaz və payız aylarında yaşıllaşdırma işləri aparılır. Bu günə kimi keçirilən yaşıllaşdırma aksiyalarında 4000-dən çox ağac və bəzək kolları əkilib, abadlıq işləri aparılıb.

Xəbər lenti

Xəbər lenti