...

Azərbaycanda cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə orqanlarından xaric olunub

Cəmiyyət Materials 10 May 2012 10:27 (UTC +04:00)
Azərbaycanda cəzaçəkmə müəssisəsinin rəisi qanun pozuntularına yol verdiyi üçün ədliyyə orqanlarından xaric olunub.
Azərbaycanda cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə orqanlarından xaric olunub

Azərbaycan, Bakı, 10 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda cəzaçəkmə müəssisəsinin rəisi qanun pozuntularına yol verdiyi üçün ədliyyə orqanlarından xaric olunub.

Ədliyyə naziri yanında İctimai Komitədən Trend-ə verilən məlumata görə, bir müddət öncə Komitə və Ombudsmanın Milli Preventiv Mexanizm qrupunun üzvləri Xırdalandakı 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində baxış keçirərkən çoxsaylı qanun pozuntuları aşkar edib.

Məlumata görə, müəssisənin rəisi Elçin Əkbərov Komitənin və qrupun üzvlərinə müəssisədəki vəziyyətlə bağlı saxta sənədlər təqdim edib.

Bununla bağlı Komitə ədliyyə naziri Fikrət Məmmədova hesabat yazıb. Nazirin göstərişi ilə hesabatdakı məlumatların araşdırılması üçün daxili təhqiqat aparılıb və İctimai Komitənin müəssisədəki saxtakarlıqlarla bağlı verdiyi məlumatlar təsdiqini tapıb.

Ədliyyə Nazirliyi Cəzaların İcrası Müfəttişliyinin rəisi Malik Ələkbərov Trend-ə məlumatı təsdiqləyib. Bildirib ki, müəssisədə müfəttişlik tərəfindən aparılan daxili təhqiqat zamanı Komitənin göstərdiyi qanun pozuntularından əlavə çoxsaylı pozuntu aşkar edilib.

Müəssisənin rəisi Əkbərov ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyevin əmri ilə tutduğu vəzifədən və ədliyyə orqanlarından xaric edilib. Müəssisənin daha 3 əməkdaşı isə intizam qaydasında cəzalandırılıb.

Xəbər lenti

Xəbər lenti