Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.İsmayılov/
"Azərbaycan Hava Yolları" aviaşirkəti 1 iyun - 26 oktyabr tarixlərində Bakı-Novosibirsk-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirəcək.
Trend-in aviaşirkətin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, uçuşların hər həftənin cümə günü yerinə yetirilməsi nəzərdə tutulur.
Bakıdan qalxma vaxtı 12:00, Novosibirsk şəhərinə enmə vaxtı 17:55-dir.
Novosibirsk şəhərindən qalxma vaxtı 19:10, Bakıya enmə vaxtı 21:40-dır ( yerli vaxtla).
Uçuşlar AZAL-ın komfortlu Aerobus A-319 tipli təyyarələri ilə həyata keçiriləcək.
1 iyul - 2 sentyabr tarixlərində isə Bakı-Split-Bakı marşrutu üzrə birbaşa reyslər həyata keçiriləcək. Uçuşların 1, 10, 19, 28 iyul, 6, 15, 24 avqust və 2 sentyabr 2012 tarixlərində yerinə yetirilməsi nəzərdə tutulur.
Bakıdan qalxma vaxtı 12:00, Split şəhərinə enmə vaxtı 13:10-dur.
Split şəhərindən qalxma vaxtı 14:10, Bakıya enmə vaxtı 20:45-dir (yerli vaxtla).
Uçuşlar "Azərbaycan Hava Yolları"nın komfortlu Aerobus A-319 tipli təyyarələri ilə həyata keçiriləcək.