...

Sabah Azərbaycanda havanın temperaturu 32 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 12 May 2012 12:46 (UTC +04:00)
Sabah Azərbaycanda havanın temperaturu 32 dərəcəyə yüksələcək.
Sabah Azərbaycanda havanın temperaturu 32 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 12 may / Trend müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanda havanın temperaturu 32 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə verilən məlumata görə, mayın 13-də hava şəraitinin Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 27-32, dağlarda gecə 7-11, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Mayın 13-də Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Xəbər lenti

Xəbər lenti