...

Azərbaycanda bu yay uşaqlar üçün yeni düşərgələr təşkil olunacaq

Cəmiyyət Materials 15 May 2012 15:34 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyi bu yay uşaqlar üçün yeni düşərgələrin təşkilinə başlayacaq.
Azərbaycanda bu yay uşaqlar üçün yeni düşərgələr təşkil olunacaq

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Gənclər və İdman Nazirliyi bu yay uşaqlar üçün yeni düşərgələrin təşkilinə başlayacaq.

Trend-in məlumatına görə, Milli Məclisdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Azərbaycanda uşaqların asudə vaxtının təşkilinin hüquqi aspektləri" mövzusunda konfransda gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu il bir neçə regionda "Vətənpərvərlik" mövzusunda ekskursiyalar təşkil olunacaq.

Babayevin sözlərinə görə, keçiriləcək tədbirlərin əsas məqsədi bir regionun uşaqlarının başqa bir regiondakı düşərgələrdə yerləşdirilərək Azərbaycanı daha yaxşı tanımasına nail olmaqdır.

Nazir müavini həmçinin qeyd edib ki, yaxın illərdə ölkədə 15 gənclər evi inşa olunacaq ki, onlardan beşi Bakıda yaradılacaq.

"Həmin evlər gənclər üçün nəzərdə tutulsa da, uşaqların da kompüter, dil biliklərini inkişaf etdirmək üçün şərait yaradılacaq", - o deyib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli tədbirdə bildirib ki, Azərbaycanda uşaqların asudə vaxtının təşkil olunması istiqamətində qanunvericilikdə bir sıra təmilləşdirmələr aparılıb.

Rəcəbli uşaqların idman qurğularından pulsuz istifadə etməsi, həmçinin əlil və kimsəsiz uşaqlara verilən imtiyazlardan danışıb.

Xəbər lenti

Xəbər lenti